15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər - Erməni spiker

 15 gün ərzində Azərbaycanla sülh müqaviləsi bağlana bilər - Erməni spiker

Siyasi iradə olarsa, 15 gün ərzində Bakı ilə sülh müqaviləsi bağlana bilər. ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Deyə bilərəm ki, biz demək olar bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm”, – Simonyan jurnalistlərə deyib.

17:45 - 28 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin