Kriştianu Ronaldunun muzeyi açıldı

 Kriştianu Ronaldunun muzeyi açıldı

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun muzeyi açılıb.

Asayis.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusunun adını daşıyan muzey Ər-Riyadda yaradılıb.

Ronaldunun həmyerliləri artıq məkanı ziyarət ediblər. Muzeydə 38 yaşlı hücumçunun karyerasının ən mühüm anları nümayiş olunub.

Qeyd edək ki, Kriştianu Ronaldu bu ilin yanvarından “Əl-Nəsr”də çıxış edir.//Report

13:45 - 27 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin