"Heç kimi qınamayın..."

"Heç bir uğur asanlıqla başa gəlmir. Bir uğuru qazanmaq üçün əziyətin də layiqli olmalıdır ki, onun bəhrəsi də layiqli olsun. Kənardan işimiz çox əyləncəli görsənə bilər, amma bu heç də elə deyil".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov sosial şəbəkə hesabında yazıb.

"Hər işin özünəməxsus ağırlığı var, baxır kim onu necə daşıyır. Ona görə də qınamayın heç kimi, ən yaxşısı siz də bir iş görün və heç kimə bunu sübüt etməyin, özünüzə göstərin necə güclü iradəniz var. Ən əsası, səbr edin, ətrafınıza çox fikir verməyin ki, sağlam fikirlərinizə çaşqınlıq yaratmasın özgənin yalniş fikri! Uğur hamı üçün var, sadəcə, ona doğru gedin, gedin və dayanmayın" deyə, müğənni izləyicilərinə məsləhət verib.

10:45 - 27 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin