“Qarabağ”ın oyunu ilk dəfə Laçın kinoteatrında

 “Qarabağ”ın oyunu ilk dəfə Laçın kinoteatrında

"Qarabağ”ın oyunu azad olunan Laçın şəhərində kinoteatrda yayımlanacaq.

Asayis.Az xəbər verir ki, bu haqda şəhərdə yerləşdirilən elanlarda bildirilib. Noyabrın 30-da Avropa Liqasının “Molde” (Norveç) - “Qarabağ” (Azərbaycan) matçı “Laçıncinema” kinoteatrında nümayiş etdiriləcək. 

Qeyd edək ki, “Qarabağ”ın oyunu ilk dəfədir Laçında kinoteatrda nümayiş etdiriləcək.

Xatırladaq ki, “Mölde” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Giriş pulsuz olacaq.

13:00 - 25 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin