"Tünzalənin səsi gələn radionu dəyişirəm. Mən bunları sırf sənət mövqeyindən danışıram. Şəxsi münasibətlərə keçmirəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov Xalq artisti Tünzalə Ağayeva haqqında deyib. "Xəbərin var?" verilişinə qonaq olan ifaçı Tünzaləni tənqid edib:
"Tünzalə Ağayeva guya, “A”, mən isə “B”, “C” kateqoriyasındanam. Elə hesab edir ki, özünün oxumağı ali dərəcədir. Bir müğənnini bəyənə də, bəyənməyə də bilərsən. Tünzalənin oxuduğu mahnılarda, vurduğu boğazlar var “ooouuu”.... Tam səmimi deyirəm ki, insan bəlkə 6-7 il gedib vokal müəlliminin yanına, amma hələ də o boğazlarını düzəldə bilmir. O, musiqiçidir, bilir mən nə deyirəm. Onun digər mahnılarında daha əvvəl etdiyi o boğazları görmürəm. “Tellərini yana dara qız” mahnısına qulaq asanda Tünzalə həmin boğazların həddindən artıq edib. Əgər səhvdirsə, birinci öz səhvimizə baxaq.
Ola bilər ki, bəzi müğənnilər özfəaliyyətdir, onlar belə səhvlər edə bilərlər... Amma siz axı vokal müəllimlərindən dəsr almısınız. Necə bu səhvləri edə bilərsiniz? Siz bacardığınız qədər hər kəsi alçaltmağı sevirsiniz. Bir az özünüzdən zəif müğənni görəndə onu alçaldırsınız. Amma bu həyatda çarxı-fələk var. İndi baxıb görürəm ki, hamı Tünzalənin üzərinə gedir".
Kərim Ağayevanın geyimlərindən danışıb:
"Mahnı yaddan çıxıb, gündəmdə paltarları ilədir. Hamı sizi şərhlərdə tənqid edir. Haqsızdırlar, yoxsa haqlıdırlar? Siz özünüz bunları etdiyinizə görə, indi də sizi belə tənqid edirlər. Sizin həmkarlarınıza qarşı aqressiyanız həddən artıq çoxdur. Bir az azaldın aqressiyanızı. "Filankəs müğənni mənim səviyyəm deyil" kimi söhbətlər etməyin.
Kiminsə oxumağında, sənətində, xarici görünüşündə qüsur tapmaq çox asandır. Bu günki gün isə baxırsan ki, Tünzalə xanımın qüsurlarını tapıb, ortalığa çıxardırlar. O qədər onu vururlar... İstəməzdim onu bu qədər vursunlar. Niyə Tünzalə xanıma deyilməlidir ki, geyimində problemi var? Tünzalə xanım kompleks yaşayır, nəyisə kiməsə sübüt etməyə çalışır. Səhnə adamıdır, açıq da geyinməlidir... Bununla razıyam. İllər əvvəl Tünzalə xanımın bir Xalq artisti ilə münasibətləri pozulmuşdu. Tünzalə xanım kanalların birində müsahibəsində söyləmişdi ki, “Sənət göstərmək üçün soyunmağa ehtiyac yoxdur”. Bəli, bu sözləri indi mən Tünzalə xanıma ünvanlayıram və istəyirəm buna bir şərh, cavab versin".