Türkan Vəlizadəyə efirdə ev hədiyyə etdilər - VİDEO

 Türkan Vəlizadəyə efirdə ev hədiyyə etdilər - VİDEO
Müğənni Türkan Vəlizadəyə efirdə ev hədiyyə olunub. 

Bununla bağlı sənətçi məlumatı qonaq olduğu “7 tamam” axşam şousunda alıb.

Sənətçiyə Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yenitikili binaların birində 100 kvadratmetr sahəsi olan təmirsiz mənzil hədiyyə olunub. Əlavə edilib ki, mənzil tam təmir olunaraq müğənniyə təhvil veriləcək.  

Evin görüntüləri proqramda yayımlandıqdan sonra T.Vəlizadəyə mənzilin açarları təqdim olunub. Lakin müğənni bu bahalı hədiyyədən imtina edib.

Ətraflı videomaterialda:
 

 

13:15 - 24 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin