Putin Qarabağdan köçən ermənilərə yardım göndərdi

 Putin Qarabağdan köçən ermənilərə yardım göndərdi

Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdıracaq.

Asayis.Az 
xəbər verir ki, bu barədə TASS-a Nazirliyin mətbuat xidməti bildirib.

"Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 xüsusi təyinatlı təyyarəsi Jukovski Beynəlxalq Hava Limanından İrəvan hava limanına uçub. Təyyarə ümumi çəkisi 40 ton olan humanitar yükü, o cümlədən ərzaq, ədyal, yorğan-döşək dəsti, səyyar elektrik stansiyası aparıb”, - mətbuat xidmətindən bildiriblər.

Humanitar yük Rusiya prezidentinin göstərişinə əsasən və Rusiya Federasiyası hökuməti adından həyata keçirilir.

14:45 - 23 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin