Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.
"Report"un əldə etdiyi məlumata görə, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.
Bu barədə qərar noyabrın 23-də AFFA İcraiyyə Komitəsinin iclasında verilib.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.