"Regionda yaranan yeni reallıqlar çərçivəsində biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün heç bir maneə görmürük”.
Asayis.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan tərəfinin sözlərlə oynamaqdansa, konkret addım atıb irəli gəlməsi və masada əyləşməsi çox önəmlidir:
“Hələ ki bu barədə bir söz söyləmək çətindir. Ermənistan tərəfindən aydın fikirlər gözləntisindəyik. Ermənistan sülh müqaviləsi deyiləndə hələ də regiondan kənara baxır. Bizim dediyimiz odur ki, üçüncü tərəflərin gündəliyini bura daşımaqdansa, regionun özünə sahib çıxıb sülh müqaviləsi ilə bağlı danışıqları irəli aparmaq lazımdır. Top hazırda Ermənistanın meydanındadır”.