Prezident ona general-mayor rütbəsi verdi - SƏRƏNCAM

 Prezident ona general-mayor rütbəsi verdi - SƏRƏNCAM

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

14:06 - 21 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin