Məşhur müğənni Şakira vergi fırıldaqçılığı işində günahını etiraf edib.
Asayis.Az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, məşhur ulduz Şakira vergi fırıldaqçılığı işində günahını etiraf edib və 7,3 milyon avro cərimələnib.
Şakira Barselonadakı məhkəmə prosesinin ilk günündə İspaniya rəsmiləri ilə razılığa gələrək həbsxanaya düşmə riskini aradan qaldırıb.
Kolumbiyalı sənətçinin üç illik şərti həbs cəzası cəriməyə çevriləcək.
Məhkəmənin verdiyi məlumata görə, bu cəza 7,3 milyon avrodan çox məbləğə uyğun gəlir.