"ABŞ-nin İran və Azərbaycan münasibətlərinə qarışmaq haqqı yoxdur”.
Asayis.Az Trend-ə istinadən xəbər verir ki, bunu İran XİN sözçüsü Nasir Kənani deyib.
“Amerikalılar regionun məsələlərinə müdaxilə etməkdən əl çəksinlər, böyük danışırlar”, - deyə o bildirib.
Qeyd edək ki, Vaşinqton İranla Azərbaycan arasında imzalanmış dəhliz anlaşmasını da hədəfə alıb. Blinkenin köməkçisi Ceyms Obrayn Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməkdə ittiham edib. Halbuki indiyədək ABŞ-nin regional siyasətinə zərbəni Ermənistan vurub, Azərbaycan yox.