"Husilər tərəfindən Ədən körfəzində ələ keçirilən “Galaxy Leader” yük gəmisi İsrailə məxsus deyil, gəminin ekipajında heç bir israilli yoxdur”.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
“Qırmızı dənizin cənubunda Yəmən yaxınlığında husilərin yük gəmisini ələ keçirməsi çox ciddi qlobal səviyyəli hadisədir. Bu, Türkiyəni tərk edən və ekipajında israillilərin olmadığı beynəlxalq mülki heyətlə Hindistana gedən bir gəmidir. Bu, İsrail gəmisi deyil”, - deyə SAXAL-ın məlumatında qeyd edilib.(oxu.az)