“İlin sonuna qədər sülh sazişi imzalana bilər” - Erməni deputat

 “İlin sonuna qədər sülh sazişi imzalana bilər” - Erməni deputat

"Ermənistanla Azərbaycan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilər”.

Asayis.Az 
Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovanniyan brifinq zamanı bildirib.

“Ermənistan tərəfi bunun üçün hər şeyi edəcək”, - deputat qeyd edib.

Hakim fraksiyadan olan deputat Qevorq Papoyan isə bildirib ki, Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinin bir hissəsi kimi qarşıda çətin diplomatik iş dayanır.

13:30 - 18 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin