"Həyat yoldaşımı başqa xanımla görsəm, gözümü yumub keçərəm"

Müğənni Yeganə Mürsəlovanın xəyanətlə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Asayis.Az xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi həyat yoldaşının xəyanətini bağışlayacağını deyib. 

"Ailə elədir ki, hər şey evin içində qalmalıdır. Xanım da bəzi şeyləri udmalıdır, bəylər də. Balalara xatir olmalıdır".

Yeganə aparıcının "Bilsəniz ki, həyat yoldaşınızın həyatında başqa qadın var, bağışlayarsınız" sualına "Gəlib özü desə ki, başqa xanımla həyatımı davam edirəm, çıxıb gedərəm. Amma özüm görsəm, gözümü yumub keçərəm. Oğlum özüm boydadır" cavabını verib.

Qeyd edək ki, Yeganə Fatih Akbudak adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün Ömər adlı oğlu var.

13:12 - 17 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin