"Yaxın bir neçə həftə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq”.
Bu fikri ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Növbəti bir neçə həftə tərəflərin niyyətdən razılığa keçməyə hazır olub-olmadığını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda müsbət cavab əldə etmək ən çətin işdir”, - diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə bildirib.
O, tərəflərin dəfələrlə görüşdüyünü xatırladıb.
“Biz sülh sazişi üzərində işləyirik”, - deyə dövlət katibinin köməkçisi əlavə edib.