Bəşər Əsəd bu halda həbs olunacaq

 Bəşər Əsəd bu halda həbs olunacaq

Fransa məhkəməsi Suriya Prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verib.

Asayis.Az
 xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. 

Nəşr yazır ki, Bəşər Əsəd hərbi cinayətlərdə iştirakda şübhəli bilinir.

Daha sonra məlumatda qeyd olunur:

"Bəşər Əsədin qüvvələri tərəfindən 2013-cü ilin avqustunda Dəməşqin ətrafındakı Qutada mülki əhaliyə qarşı zarin qazından istifadə nəticəsində 1400-dən çox insan öldürülüb.

Bu səbəbdən də Əsədin faktiki olaraq Suriya Respublika Qvardiyasının komandanı olan qardaşı Maher və silahlı qüvvələrin adları açıqlanmayan iki generalının həbsi üçün orderlər də verilib".

15:00 - 16 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin