79 yaşlı məşhur aktrisa Nebahat Çehre milyon dollarlıq reklam təklifinə "yox" cavabı verib.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, aktrisaya 2024-cü ildə satışa çıxarılması planlaşdırılan evlərin reklam siması olmaq üçün tikinti şirkəti tərəfindən təklif edilib.
Sənətçi reklam təklifinə yox deməsinin səbəbini bu sözlərlə izah edib:
“Son zəlzələdə yüzlərlə ev minlərlə insanın məzarına çevrildi. Bəs mənim reklam etdiyim evlər də uçsa?
Mən heç cür özümə gələ bilmərəm. Pul hər şey deyil".