Fransa Ermənistanı silahlandırır - Müharibə olacaq?

 Fransa Ermənistanı silahlandırır - Müharibə olacaq?

"Fransa Cənubi Qafqazda, o cümlədən Azərbaycanla Ermənistan arasında sülhün olmasını istəmir. Fransa Ermənistan vasitəsilə bölgədə yeni müharibə hazırlığı görür”. 

Bu barədə Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

Müsahibimiz Fransanın ağır zirehli hərbi texnikalarla Ermənistanı silahlandırması amilinin İrəvanın yeni müharibəyə hazırlığı kimi qiymətləndirilməsi haqda fikirlərini bölüşüb. 

Xatırladaq ki, rəsmi Parisin İrəvanı ağır hərbi texnikalarla silahlandırması faktı rəsmi Bakı tərəfindən birmənalı qarşılanmayıb. Azərbaycan XİN Fransanı bölgədəki vəziyyəti gərginləşdirməkdə və sülhün əldə olunmasında maneələr törətməkdə ittiham edib. 

Öz növbəsində millət vəkili əlavə edib ki, Ermənistan və ermənilər tarixən Fransa kimi dövlətlərin əlində müxtəlif bölgələrdə alət olublar: 

“Bu gün də həmin proses davam edir və heç bir dəyişiklik yoxdur. Fransa ermənilərin əli ilə Cənubi Qafqazda yeni bir müharibə ocağı yaratmaq fikrindədir və buna artıq start verib. Paris özünün əlində olan bütün Avropa təsisatlarına Azərbaycan əleyhinə qərarlar, qətnamələr qəbul etdirməklə, mətbuatda Azərbaycan əleyhinə yazılar verdikməklə, eyni zamanda hərbçilərini və bununla paralel silah-sursatını Ermənistana göndərməklə vəziyyəti gərginləşdirməyə çalışır. Burada təkcə Fransa, eyni zamanda onun göstərişi ilə oturub duran bir çox ölkələr analoji hərəkəti edirlər. O cümlədən Hindistan da bu yolu tutub”.

“İddialar var ki, bu ilin axırına qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq. Ancaq mən belə hesab etmirəm. Çünki Ermənistan heç bir zaman sülh şəraitində yaşamaq və qonşularla əməkdaşlıq barəsində düşünmür. Nikol Paşinyan bütün görüşlərdə bunu sözdə deyir, ancaq əməldə gördüklərimiz nədir? Paşinyan beynəlxalq tədbirlərdə, o cümlədən Ermənistanın özündə Azərbaycana qarşı yaramaz təbliğatlar aparır, şər-böhtan kampaniyaları aparır, etnik təmizləmə ittihamı irəli sürür”, - deyə, o, qeyd edib. 

Həmsöhbətimiz sual edib ki, belə olanda Ermənistanın dövlət başçısı sülhpərvər mövqedə və fikirdə deyilsə və ancaq bizə qarşı düşmənçilik xarakterli bəyanatlar səsləndirirsə, onunla hansı sülhdən danışmaq olar:

“Təbii ki, bu, qeyri-mümkündür. Hətta ermənilər elə bir yaramaz toplumdur ki, onlar sülh sənədinə imza atsalar belə, ona əməl etməyəcəklər. Necə ki 10 noyabr 2020-ci il sənədin imza atıb ona əməl etmirlərsə, eləcə də sülh sazişini də əməl etməyəcəklər. 

Ermənilərin ağılları varsa, bir ağılla düşünüb fikirləşməli və gələcəyə baxmalıdırlar ki, Fransa, Hindistan və qeyrilərinin bunlara vəd verib silahlandırmağı özləri üçün faciə və fəlakətə çevirəcək. Əgər Ermənistan yeni müharibəyə başlasa, bu müharibədə nə Fransa, nə də Hindistan ərazisində olacaq. Əksinə, bu müharibə Ermənistanın ərazisində olacaq və bunun acı nəticələrini erməni xalqı yaşayacaq. Nəticədə vəziyyət o yerə gəlib çıxacaq ki, Cənubi Qafqazda Ermənistan adlı dövlət olmayacaq. Ermənilər bunu fikirləşməlidirlər. Cənab Prezidentimiz dediyi kimi, Dəmir Yumruq yerindədir və hər zaman işə düşməyə hazırdır”. 

“Ermənilər bunu düşünməlidirlər. Lakin onlar indi mənasız və sərsəm bəyanatlar verirlər. Cinayətkar Seyran Ohanyan deyir ki, ermənilər Qarabağa ev sahibi kimi qayıdacaqlar və s. O birisi başqa axmaq bəyanat verir, bu birisi ayrı. Bunlar başa düşmürlər ki, bu məsələlər artıq həll olunub və bitib. İndi isə sülh şəraitində yaşamaq haqqında düşümək lazımdır, əgər dövlət kimi orada qalmaz istəyirlərsə... Əks təqdirdə, gələcəkləri daha faciəli və fəlakətli olacaq”, – fikirlərini yekunlaşdırıb.

17:36 - 14 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin