Gürcüstan Fransa silahlarının Ermənistana daşınmasına niyə icazə verdi? - Gia Xuxaşvilidən AÇIQLAMA

 Gürcüstan Fransa silahlarının Ermənistana daşınmasına niyə icazə verdi? - Gia Xuxaşvilidən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Fransa Ermənistana göndərdiyi hərbi texnika Gürcüstandan keçərək Ermənistana doğru hərəkət edir. Digər silahlarla yanaşı, Ermənistan silahlı qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli texnikası bu gecə Gürcüstanın Poti limanına yola salınıb. “Bastion” üçün komponentlər də Ermənistana göndərilib. Onun tədarükçüsü Fransanın “ARQUUS” şirkətidir.

Qeyd edək ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edib. Amma indi, görünür, rəsmi Tiflis buna icazə verib.

Bəs, Gürcüstanın bu addımı atmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili bildirib ki, Azərbaycanın narahatlığı başadüşüləndir:

“Təbii ki, rəsmi Bakıda sözügedən məsələ ilə bağlı suallar yarana bilər. Amma zənnimcə, bu suala qarşılıqlı müzakirələrlə aydınlıq gətirmək olar. Ümid edirəm ki, bu, həqiqətən də Azərbaycanın təhlükəsizliyini və bizim milli maraqlarımızı təhdid ola biləcək bir hadisə deyil.  

Bildiyim qədər, Azərbaycanla Gürcüstan arasında imzalanmış ikitərəfli sazişdə konkret olaraq tərəflərin təhlükəsizliyini təhdid edən yüklərin gətirilməsinə icazə verməməklə bağlı müddəalar göstərilib. Düşünürəm ki, bu yüklər iki dost ölkə üçün problem yaratmayacaq”.

14:00 - 14 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin