Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan, Ukrayna və Moldovanın eyni vaxtda Avropa İttifaqına üzv olmasını təklif edib.
APA xəbər verir ki, o, bu barədə Fransanın LCI telekanalına müsahibəsində bildirib.
O, jurnalistin Ukraynanın 2030-cu ildə, Gürcüstanın isə daha sonra Aİ-yə üzv ola biləcəyi ilə bağlı sualına “Xeyr, düşünürəm ki, bu, eyni zamanda baş verəcək” deyə cavab verib.
“Bu, 2030, 2031 və ya 2029-cu ildə baş verəcəyini deyə bilmərəm, necə deyərlər, növbəti üzvlər təxminən eyni vaxtda qoşulacaq”, - Zurabişvili əlavə edib.