Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Tehranın Yaxın Şərq böhranının həlli istiqamətində birgə addımlar ata biləcəyini istisna etməyib.
O, bu barədə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının fövqəladə sammitinin keçirildiyi Ər-Riyaddan qayıdarkən jurnalistlərə bildirib.
Media təmsilçilərindən birinin “Qəzza ilə bağlı İranla birgə addımlar atıla bilərmi?” sualına Türkiyə Prezidenti “Belə addımların atılmaması üçün heç bir səbəb yoxdur”, - deyə cavab verib.
“Gəlin qətiyyətli addımlar ataq. Lakin bu addımları atarkən emosiyalardan uzaqlaşıb beynəlxalq diplomatiyanı hərəkətə keçirməyi bacarmalıyıq. Bütün bunları edərkən həm İran xalqına, həm də türk xalqına mesajlar verə bilməliyik. Əgər buna nail ola bilsək, əlbəttə ki, çox yaxşı olardı”, - Ərdoğan qeyd edib.(oxu.az)