"Qəzzadakı münaqişəsinin həlli üçün ən uyğun təklifləri irəli sürən ölkə Türkiyədir. Türkiyə regiondakı böhran və problemlərin həlli üçün əsas ölkədir”.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlığı Təşkilatı Zirvəsindən geri dönərkən jurnalistlərin suallarına cavabında bildirib.
O qeyd edib ki, Qəzza Fələstin torpağıdır və Körfəz ölkələri də İsrailə təzyiqi artırmalıdırlar. Ərdoğan onu da əlavə edib ki, məsələ ilə bağlı ABŞ Prezidenti Co Baydenə zəng etməycək: “Dünyanın gələcəyi və insanların həyatı (BMT TŞ-da) veto hüququ olan 5 ölkənin insafına buraxıla bilməz. Bu coğrafiyada Türkiyəsiz təşəbbüs göstərmək, planlar qurmaq mümkün deyil. Bizim mövqeyimiz, dəyərlərimiz və prinsiplərimiz bəllidir".