İsrail Müdafiə Ordusu Suriyadakı terrorçu infrastrukturun obyektlərini vurub.
Trend xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.
“Bir müddət öncə Qolan təpələrinə yönəlmiş dünənki (şənbə) hücuma cavab olaraq İsrail Müdafiə Ordusunun qırıcıları Suriyadakı terrorçu infrastrukturun obyektlərini vurub”, – məlumatda bildirilib.