"HƏMAS İranın başçılıq etdiyi terrorçu oxunun ayrılmaz parçasıdır”.
“Report” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu fövqəladə hökumətin hərbi kabinetində mətbuat konfransında bildirib.
O əlavə edib ki, “HƏMAS Qəzza zolağına ancaq iki şey gətirib – qan və səfalət”, – yəhudi dövlətinin lideri diqqətə çatdırıb.
Netanyahu həmçinin deyib ki, İsrail müharibədən sonra İordan çayının qərb sahili kimi Qəzzaya hərbi nəzarəti saxlayacaq.