ABŞ mətbuatı Antoni Blinkeni sərt tənqid edib - "Bu, utancvericidir"

 ABŞ mətbuatı Antoni Blinkeni sərt tənqid edib -

ABŞ mətbuatı dövlət katibi Antoni Blinkeni sərt tənqid edib.

Demokrat.az
 xəbər verir ki, bu barədə yerli “The Nation” nəşri yazıb.

Bildirilib ki, A.Blinkenin Yaxın Şərqə səfəri və ABŞ-nin bu regionla bağlı siyasəti utancvericidir.

Qeyd olunub ki, ABŞ-nin Yaxın Şərq strategiyası uğursuz olacaq.

Bundan başqa, A.Blinkenin bir neçə gün əvvəl Türkiyəyə səfərinə də toxunulub. Xatırladılıb ki, o, ancaq Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşdü, Prezident Rəcəb Tayyib Ərdoğan isə dövlət katibini qəbul etmək istəmədi.

Həmçinin, vurğulanıb ki, A.Blinkenin Misir və İsrail səfərləri də uğursuz olub.

Qeyd edək ki, A.Blinken noyabrın 3-də İsraildə olub. Daha sonra noyabrın 6-da o, Ankaraya gedib və H.Fidanla görüşüb. Tərəflərin soyuq görüşməsi və müzakirələrdən sonra birgə mətbuat konfransının keçirilməməsi mətbuatda ciddi müzakirələrə səbəb olub.//Report

14:00 - 10 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin