Hərrac tarixində ən böyük mavi almaz satılıb

 Hərrac tarixində ən böyük mavi almaz satılıb

"Christie's” hərrac evi Cenevrədə indiyə qədər hərraca çıxarılan ən böyük mavi almazı satıb.

Məlumata görə, unikal rəngli “Bleu Royal” brilyant və brilyant üzüyü 39,505 milyon İsveçrə frankına (təxminən 44 milyon dollar) alıblar.

Bu mavi qiymətli daşın çəkisi 17,61 karat və təxmini dəyəri 35 milyon dollardır.

Qeyd edək ki, almaz 50 il ərzində şəxsi kolleksiyada olan eksponat idi.//Oxu.az

13:00 - 10 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin