ABŞ Ukraynaya kömək üçün vəsaitin olmadığını etiraf edib

 ABŞ Ukraynaya kömək üçün vəsaitin olmadığını etiraf edib

ABŞ-nin Ukraynaya birbaşa büdcə dəstəyi üçün vəsaiti yoxdur, yeni ayırmalar olmadan humanitar yardım tamamilə dayandırıla bilər.

"Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Erin Makki deyib.

“Əlavə vəsait ayırmasa, Ukrayna hökuməti pulların verilməsi və kritik işçilərin maaşlarının ödənilməməsi kimi fövqəladə tədbirlərə əl atmağa məcbur olacaq ki, bu da hiperinflyasiyaya gətirib çıxara və hərbi səylərə ciddi ziyan vura bilər”.

16:30 - 9 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin