DTX-nin Laçın rayon şöbəsinin açılışı olub

 DTX-nin Laçın rayon şöbəsinin açılışı olub

8 Noyabr - Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib.

Asayis.Az DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Öncə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətlərinin müxtəlif dövrlərini özündə əks etdirən fotostendə baxıb, daha sonra müasir standartlara uyğun şəkildə yenidən rekonstruksiya edilmiş binada əməkdaşların öz xidmətlərini səmərəli təşkil etmələri və əməliyyat imkanlarını daima genişləndirə bilmələri üçün yaradılan hərtərəfli şəraitlə yaxından tanış olublar.

Belə bir inzibati binanın istifadəyə verilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanıb, Xidmətin şəxsi heyəti adından dövlət başçısına minnətdarlıq ifadə edilib.

15:30 - 9 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin