Xankendində boleşvik liderlərindən olan, 1918-ci ildə qurulmuş Bakı Sovetinin rəhbəri Stepan Şaumyana qoyulmuş heykəl sökülüb.
Azpost.info bildirir ki, bununla bağlı foto yayılıb.
Şaumyan 1918-ci il 31 mart soyqırımın təşkilatçılarından olub. Onun rəhbərlik etdiyi Bakı Soveti Daşnakstyun partiyasının hərbi dəstələri ilə birləşərək Bakıda, Qubada, Lənkəranda dinc azərbaycanlıları qətlə yetirib.