G7 ölkələri İrana ÇAĞIRIŞ ETDİ

 G7 ölkələri İrana ÇAĞIRIŞ ETDİ

G7 ölkələri İran hökumətini HƏMAS və "Hizbullah"ı dəstəkləməkdən çəkinməyə çağırıb.

Asayis.Az
 xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Tokioda ikigünlük görüşündən sonra birgə bəyanatında deyilir.

"Biz İranı HƏMAS-a dəstək verməkdən və Yaxın Şərqdə sabitliyi pozan gələcək hərəkətlərdən, o cümlədən Livan "Hizbullah"ını və digər qeyri-dövlət aktorlarını dəstəkləməkdən çəkinməyə çağırırıq", - birgə bəyanatda deyilir.

G7 ölkələri həmçinin Tehranı regional gərginliyi azaltmaq üçün bu qruplar üzərindəki təsirindən istifadə etməyə çağırıb.

Qeyd edək ki, İsrail hökuməti dəfələrlə İranı HƏMAS-ın oktyabrın 7-də təşkil etdiyi hücumda əli olmaqda ittiham edib. Bundan əlavə, “The Wall Street Journal” İranın HƏMAS rəhbərliyinə İsrailə hücumu planlaşdırmağa kömək etdiyini iddia edib və həmçinin oktyabrın 2-də Beyrutda keçirilən toplantıda əməliyyatı təsdiqləyib. Nəşr HƏMAS və "Hizbullah"ın yüksək səviyyəli nümayəndələrinə istinad edib. İranın iştirakına dair məlumatı adı açıqlanmayan avropalı rəsmi və Suriya hökumətinin müşaviri də təsdiqləyib.

İran prezidenti İbrahim Rəisi bu ittihamları rədd edib.

12:00 - 9 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin