"Yeni ifaçılardan heç kimi tanımıram. Mənimlə eyni vaxta sənətə gələn o qədər ifaçı adı çəkərəm ki... Onlar nə əziyyətlər çəkirdilər".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynəliyev "Gül kimi şou" proqramında deyib. Sənətçi gənc ifaçıları tənqid edib:
"Hamının dərsinə gedirdik ki, nəsə öyrənək. İndikilər iki mahnı oxuyur... Səs yazmaq necə asanlaşıb. Gənc ifaçılar var ki, çıxıb danışanda baxıram deyirəm, biz necə diqqətçil olmuşuq".
Zamiq Xalq artisti Flora Kərimovanın evində qonaq olarkən yaşadıqlarını bölüşüb:
"Bu yaxınlarda Flora xanımın evdəydim. Gənc ifaçı onunla dalaşıb. Deyirəm ki, sən necə Flora, Brilliant (Xalq artisti Brilliant Dadaşova - red.) xanım haqda danışa bilərsən. Onlar toxunulmazdır. Onları görəndə biz deməliyik ki, orda oturma burada otur, onu et. Onlara nəsə deyirsənsə, deməli canında, qanında musiqi yoxdur".