Fələstin prezidenti Mahmud Abbasın karvanına atəş açıldığı bildirilir.
Asayis.Az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Son məlumata görə, bir nəfərin vurulduğu hücuma görə məsuliyyəti “Əbu Cəndelin uşaqları” adlı qrup öz üzərinə götürüb.
Qeyd edək ki, Mahmud Abbasın səhhəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.