İspaniyanın 1-ci Futbol Liqası (La Liqa) komandası "Real Madrid" 20 yaşlı fransız yarımmüdafiəçi Eduardo Camavinga ilə müqaviləni 30 iyun 2029-cu ilə qədər uzadıb.
Asayis.Az xəbər verir ki, bu barədə İspan klubundan açıqlama verilib.
Bildirilib ki, Kamavinqa ilə müqavilənin 30 iyun 2029-cu ilə qədər uzadılması ilə bağlı razılıq əldə olunub.
Kamavinqa 2021-ci ildə cəmi 18 yaşı olanda "Real Madridə" transfer olunub və ilk iki mövsümdə 1 UEFA Çempionlar Liqası, 1 FIFA Klublararası Dünya Kuboku, 1 UEFA Super Kuboku, 1 La Liqa, 1 Kral Kuboku daxil olmaqla 114 matçda iştirak edib.