Milli Kosmos Proqramı çərçivəsində Ay Tədqiqat Proqramı ilə hazırlanan ilk kosmik gəminin 2026-cı ildə tamamlanaraq kosmosa buraxılması hədəflənir.
Asayis.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, Türkiyənin 10 illik planları və hədəfləri Sənaye və Texnologiya Nazirliyi, Türkiyə Kosmik Agentliyi (TUA) və Qurumun işi ilə hazırlanan Milli Kosmos Proqramı çərçivəsində müəyyən edilib.
Açıqlanan 10 proqramdan birincisini təşkil edən Ay Tədqiqat Proqramı ölkəni Ayda varlığı olan azsaylı ölkələrdən birinə çevirməyi hədəfləyir.
Bu proqram çərçivəsində, bütün proseslərin 2026-cı ildə başa çatdırılması və kosmik gəminin həmin il istifadəyə verilməsi planlaşdırılır.