"Paşinyan baş qaldıracaq problemləri də gözə almalıdır" - Ermənistan–Rusiya münasibətləri

Ermənistan ordusunun Amerika standartlarına yaxınlaşması üçün Vaşinqtondan dəstək gözləyir. Bu da Ermənistanın Rusiyadan uzaqlaşmasının növbəti təzahürüdür. Lakin Paşinyan baş qaldıracaq problemləri də gözə almalıdır. Ermənistan məhsullarını yalnız Rusiya bazarlarına çıxara bilir, qazı da ucuz qiymətə oradan alır. Rusiyanın əlində Ermənistanı cəzalandırmaq üçün alətlər var”.

Asayis.Az xəbər verir ki, bunu açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, ümumilikdə Ermənistanın Rusiyadan uzaqlaşması Cənubi Qafqazda Rusiya təsirinin azalması baxımından Azərbaycana da faydalıdır. Bu, bütün region dövlətlərinin xeyrinə olacaq:

“Paşinyan çalışır ki, Rusiya hərbi bazalarını da gələcəkdə ölkədən çıxarsın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ayrılsın. Bunlar təbii ki, Ermənistan üçün çətin olacaq. Rusiya da Paşinyanı devirə bilmir. Seçki yolu ilə, hərbi çevrilişlə, mitinqlərlə buna nail ola bilmədi. Paşinyan Rusiyanın ona qarşı terror həyata keçirə biləcəyini bildiyindən təhlükəsizlik tədbirlərini gücləndirir, arxasındakı qüvvələr də ona qarşı istənilən sui-qəsdin qarşısını almaq üçün onu qoruyurlar”.

Demokrat.az

11:00 - 8 Noyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin