Paşinyan 2018-ci ildən bəri eyni vaxtda bir neçə stulda əyləşirdi. İndi isə Rusiya stulundan imtina edir. Belə olan vəziyyətdə istisna deyildi ki, Rusiya ilk növbədə siyasi məqsədlərinə çatmaq üçün Ermənistana ciddi iqtisadi təzyiqlər etsin, “anakonda” mexanizmini işə salsın. Sual yaranır ki, Zəngəzur dəhlizi məsələsi necə tənzimlənəcək? Bu məsələdə Azərbaycan dövləti və onun siyasi rəhbərliyinin prinsipial və qətiyyətli mövqeyi var”.
Asayis.Az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında deputat Elman Nəsirov deyib.
O bildirib ki, Azərbaycan dövləti Zəngəzur dəhlizinin açılmasına hərbi yolla nail olmaq istəmir. Sülh yolu ilə bunu həyata keçirmək üçün Ermənistana qarşı ciddi təzyiq mexanizmləri var: “İndiki reallıqlar bu məqsədin həyata keçirilməsi üçün münbit şərait yaradır. Qərbi Azərbaycana qayıdış mövzusuna gəldikdə isə Qarabağı könüllü tərk edə ermənilərin yenidən oraya qayıdışı, əmlaklarının müdafiəsi kimi məsələlər beynəlxalq məhkəmələrə daşınır, Azərbaycan sanksiyalarla hədələnirsə, deməli, biz də anoloji addımı atmalı olacağıq. 250 mindən artıq soydaşımız Qərbi Azərbaycandan deportasiya edilib, əmlakları məhv edilib. Onların qayıdışı məsələsi artıq müzakirə predmetinə çevrilib. Qərbi Azərbaycan icması bu məsələləri BMT kürsüsünə qədər siyasi müstəviyə qaldırıb. Hesab edirəm ki, Ermənistanın addımlarının qarşısında adekvat cavabımız gecikməyəcək”.