Yemək qızartdığınız yağlardan təkrar istifadə etmək xərçəngin inkişafına səbəb olur.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı alimlər araşdırma aparıb. Bildirilib ki, təkrar qızdırılmış yağ öz tərkibini dəyişir və onda güclü toksiki kanserogen akrolein əmələ gəlir.
Akrolein isə bir çox xərçəng növünün inkişafına gətirib çıxarır.
Mütəxəssislər qidalanmada qızardılmış qidaların miqdarını minimuma azaltmağı və yağı heç zaman təkrar qızdırmamağı tövsiyə edirlər.