İsrail Müdafiə Qüvvələri (IDF) dünya tarixində ilk dəfə Yəməndən atılan ballistik raketi kosmosda vurub.
Publika.az xəbər verir ki, bu barədə "Teleqraf" qəzeti məlumat yayıb.
"İsrail bu həftə ballistik raketi Yer atmosferindən kənarda vurmaq üçün "Arrow-2" raketdən müdafiə sistemindən istifadə edib. Bunun, kosmosda ilk döyüş olduğu güman edilir", - nəşr yazır.
Raket Yəməndən buraxılıb və İsrailin Eylat şəhərinə yönəlib.
Qeyd olunur ki, İsrail onu vurmaq üçün ölkənin ABŞ-la birgə hazırladığı "Arrow-2" zenit müdafiə sistemindən istifadə edib.
Raket kifayət qədər yüksək sürətlə buraxılıb və Yer atmosferindən kənara çıxıb, uçuş məsafəsi yüksək hündürlükdə izlənilib. Bu səbəbdən İsrail onu faktiki olaraq kosmosda vura bilib.