Türkiyəli 78 yaşlı aktrisa Türkan Şoray sənətə gəlmə səbəbini açıqlayıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, maddi sıxıntılar çəkdiyi üçün aktrisalıq etdiyini bildirib:
"Bu sənətə məşhur olmaq, görkəmli həyat yaşamaq üçün gəlmədim. Məcburiyyətdən vadar oldum. Təklif gələndə 14 yaşım var idi, maddi sıxıntılara görə başladım".