Müğənni Fədayə Laçın özü kimi ifaçı olan bacısı İlahə Fəda ilə küsdüklərini etiraf edib.
Asayis.Az xəbər verir ki, sənətçi bu haqda "Evdəkilərə salam" proqramında qonaq olarkən danışıb. O bildirib ki, bacısı ilə danışmırmışlar.
Fədayə aparıcı Aytəkin Mərdanovanın "İlahə Fəda Avropada olduğu üçün proqrama qatılmayıb. Münasibətiniz var" sualına belə cavab verib:
"Bacım deyil? Niyə münasibətimiz olmasın ki... Amma deyim ki, onun xətrinə dəymişdim, danışmırdıq. Sonra üzrxahlıq etdim, könlünü aldım. Dedim ki, bacı, sən nə deyirsən o, olsun".