Paul Poqba futboldan kənarlaşdırıldı

 Paul Poqba futboldan kənarlaşdırıldı

Fransa Milli komandası və Yuventusun 30 yaşlı oyunçusu Paul Poqba futboldan kənarlaşdırılıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, 2016-cı ildə Yuventus-dan Mançestr Yunayted-ə 105 milyon euroya transfer olan futbolçu ciddi şəkildə cəzalandırılıb.

Belə ki, o, aparılan son testlər zamanı müxtəlif növ dərmanlardan istifadə etdiyi aşkarlandığına görə 4 il müddətinə futboldan kənarlaşdırılıb.

Qeyd edək ki, qısa zamanda verilən cəzanın yarıya endirilməsi gözlənilir.

17:24 - 3 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin