Çeçenistan rəhbəri Ramzan Kadırov Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı ilk dəfə danışıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Kadırov baş verənləri yolverilməz adlandırıb.
Kadırov bildirib ki, Rusiyanın düşmənlərinin ardınca getmək və vəziyyəti içəridən sarsıtmaq olmaz: "Yəhudi millətindən olan insanları axtarmaq üçün mitinqlər keçirmək, hava limanlarını dağıtmaq və zorakılığa çağırmaq olmaz. Biz bütün bunlardan üstün olmalı, torpağımızda asayişi qorumalıyıq. Bu cür hərəkətlər hər bir halda yolverilməzdir və bunun qarşısı çox sərt alınacaq”.
Çeçenistan rəhbəri eyni zamanda qeyd edib ki, İsrail dinc əhaliyə qarşı kütləvi terror təşkil edərək dünyaya özünün əsl simasını göstərib.