Faiq Ağayev Aygün Kazımovaya müraciət etdi

 Faiq Ağayev Aygün Kazımovaya müraciət etdi

Xalq artisti Faiq Ağayev dostu, həmkarı Aygün Kazımova ilə heç vaxt duet oxumamalarının səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Özəl" verilişində danışıb. O bildirib ki, ölkənin əsas ulduzu ilə illərdir dost olsalar da, birlikdə heç bir işbirlikləri olmayıb:

"Bu, iradla razıyam. Bu, boş buraxdığımız mövzudur. Duet oxuyacağımız mahnı olmayıb. Aygün duet baxımından doludur. Mənim isə az duet ortağım olub. Buradan müraciət edirəm:

Aygün, bunu düşünməliyik. 16 yaşımızdan dostuq. 35 il keçib və bu illər ərzində münasibətimiz müxtəlif mərhələlərə keçib".

13:36 - 31 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin