Cangüdəni Messini arvadının yanında da tək qoymur - FOTO

 Cangüdəni Messini arvadının yanında da tək qoymur - FOTO

Mövsümü erkən başa vuran "Inter Mayami"nin futbolçusu Lionel Messi yeni görüntüləri ilə gündəmə gəlib.

Asayis.Az xəbər verir ki, son aylar Lionel Messinin şəxsi mühafizəçisi Yassine Çueko sosial mediada populyarlıq qazanıb.

Onların yeni görüntüləri paparazzilərin kameralarına tuş gəlib. Meydançada futbolçunu tək buraxmayan Çuenko onu hətta xanımı ilə istirahət zamanı da gözdən iraq qoymur. 

Messi və xanımının birgə istirahət etdiyi fotoda cangüdənin də yanlarında oturması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, cangüdən “Inter Mayami”nin matçları zamanı argentinalı superulduzun xüsusi müdafiəsi ilə diqqət çəkir. Cangüdənin vəzifələrinə meydançanın hər perimetrində Messinin hərəkətlərinə nəzarət etmək daxildir.

Çueko Messini qorumaq üçün hər il 250 min dollar maaş alır. Onun vəzifəsini fədakarlıqla yerinə yetirməsi sosial şəbəkələrdə populyarlığını xeyli artırıb.

 

11:00 - 31 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin