Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və ya icrasından imtina edilməsi üçün əsaslara Azərbaycan ərazisində Ali Məhkəmə baxacaq.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.
Ali Məhkəmə xarici arbitraj məhkəməsinin qərarı barədə ərizə əsasında bu məsələlərə baxacaq.
Qeyd edək ki, indiyə qədər qüvvədə olan “Azərbaycan Respublikasının arbitraj məhkəməsi haqqında” qanunda bu məsələ əksini tapmayıb.