Mahaçqalada hava limanı izdiham səbəbindən bağlanıb

 Mahaçqalada hava limanı izdiham səbəbindən bağlanıb

Dğıstanın paytaxtı Mahaçqalada hava limanı izdiham səbəbindən bağlanıb.

"Report" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Nijnevartovsk və Moskvadan gələn təyyarələr hava limanına eniş edə bilmir. Aeroport rəsmiləri təyyarələri qonşu respublikaların hava limanlarına eniş üçün yönləndirməyə qərar verə bilər.

Qeyd edək ki, Dağıstanın paytaxtı Mahaçqalada hava limanı blokadaya alınıb.

Buna səbəb İsraildən enməsi planlaşdırılan təyyarə olub.

Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər.

12:48 - 30 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin