Türkiyə Cümhuriyyəti 100 yaşında!

 Türkiyə Cümhuriyyəti 100 yaşında!

Oktyabrın 29-u Türkiyədə Cümhuriyyət Günüdür.

1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yekun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi.

Altı əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etdi.

Cümhuriyyətin elan edilməsi ilə türk millətinin tarixində yeni bir dövrün qapıları açıldı və "Hakimiyyət qeyd-şərtsiz millətindir" ifadəsi ən bariz şəkildə dövlət idarəçiliyində öz yerini tutdu.

Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa (Atatürk) Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir.

1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir, aytaxtı Ankara şəhəridir. Parlament üsulu ilə idarə olunan ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir.

Türkiyənin rəsmi dili türk dilidir.

11:00 - 29 Oktyabr 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin