Məşhur aktyor yuxuda vəfat etdi

 Məşhur aktyor yuxuda vəfat etdi

Həm aktyor, həm də peşəkar boksçu olan, "Emancipation" filmi ilə tanınan aktyor Sedrik Beastie Cons 46 yaşında vəfat edib.

Asayis.Az "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə ona məxsus boks idman zalının sosial media hesabı məlumat yayıb.

İdman zalının paylaşdığı məlumata görə, Cons oktyabrın 16-da dünyasını dəyişib.

Onun meneceri Todd Fran aktyorun yuxuda öldüyünü açıqlayıb.

Consun ölüm səbəbi hələ də bilinmir.

Qeyd edək ki, Sedrik "Emancipation"dan əlavə "The Terminal List", "The Magnificent Seven", "Soutppaw", "Princess of the Row" və "Marshall County" kimi filmlərdə də çəkilib.

15:48 - 27 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin