Türkiyə milli futbol komandasının sabiq futbolçusu İlhan Mansız iki ildir sevgili olduğu azərbaycanlı Leyla ilə ailə həyatı qurub.
İlhan Mansız toydan ilk fotolarını sosial media hesabında bölüşüb və izləyiciləri ilə emosiyalarını paylaşıb.
2002-ci il Dünya Çempionatındakı çıxışı ilə yaddaşlara həkk olunan İlhan Mansız həmçinin ikinci dəfə ata olmağa hazırlaşır. Mansız doğuma bir neçə gün qalmış sevgilisi Leyla ilə ailə qurub.
ABŞ-nin Arizona ştatında evlənən cütlüyün toyuna yaxın dostları qatılıb.
“Mr&Mrs Mansız... Tanış olduğumuz gündən bu yana həyatıma məna qatan və həyat yoldaşım olduğun üçün məni ən xoşbəxt insan edən sevgilim, səni çox sevirəm”, - deyə o paylaşımına şərh verib.
Qeyd edək ki, keçmiş sevgilisi, almaniyalı Nina Ritterdən Aimee adlı qızı olan İlhan Mansız bir müddət əvvəl oğlu olacağını açıqlayıb.
“Xoşbəxtlik paylaşdıqca çoxalan nadir şeylərdəndir. İki həftə əvvəl körpəmizin cinsiyyətini öyrəndik və bu gün sizinlə paylaşmaq istədik. Aramıza qatılmağını səbirsizliklə gözləyirik, canım oğlum”, - deyə o, bildirib.
Xatırladaq ki, İlhan Mansız 2006-cı ildə keçirdiyi qəza nəticəsində futbolla vidalaşmaq qərarına gəlib. Sonradan 2008-ci ildə Yaponiyada keçirilən oyunda iştirak edərək iki qol vurub. 2009-cu ildə yenidən futbola qayıtmaq istəsə də, həmin ilin iyulunda futbolçu karyerasına son verib.
İlhan Mansızın futbolçu karyerası ərzində qazandığı ən yüksək məbləğ isə “Vissel Kobe” ilə oyunda beş milyon avro olub.
Mənbə: Haber Global